' ' Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası / Fərdi sığorta məhsulları - Qala Sığorta
Sığorta al

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” AR Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Mühərrikin silindirinin həcmi 50 sm3-dən
artıq olan aşağıdakı avtonəqliyyat vasitələri

Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Motosiklеtlər və motorollerlər;

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

Trollеybuslar və tramvaylar.