' '
Hər bir hüquqi şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi dövr ərzində, gözlənilməyən halda, bir sıra hadisələr, qəzalar
ilə qarşılaşır ki, bunlar da üçüncü şəxslərə ziyan və zərərlərin vurulması ilə nəticələnir. Həmin gözlənilməz hallardan,
onların səbəb olduğu zərərlərdən müdafiə olmaq və dəymiş zərərlərin Sığortaçı tərəfindən qarşılanmasını təmin etmək
üçün Qala Sığorta öz müştərilərinə aşağıda qeyd olunan məsuliyyət sığortası növlərini təqdim edir:
Bu sığorta növü sığortalının peşə fəaliyyətindəki səhlənkarlığı, səhvi və ya peşəkar davranışındakı qüsurların nəticəsində üçüncü şəxslərə vurulmuş zərərlərin ödənilməsi üzrə təminat verir.
İşçilərin öz əmək vəzifələrini yerinə yetirdikləri zamanı ölməsi, bədən xəsarəti alması və ya sağlamlığının pozulması ilə bağlı zərərin ödənilməsinə görə məsuliyyət daşıyan əmlak maraqlarının müdafiəsini təmin edir.
Sığortanın bu növü üçüncü şəxslərin sağlamlığına, həyatına və/və ya əmlakına zərər vurmağa görə sığortalının mülki-hüquqi məsuliyyətinə uyğun olaraq sığorta təminatı verir. Sığorta təminatı:üçüncü şəxslərin sağlamlığına, həyatına və/və ya əmlakına zərər vurmaqla bağlı sığortalının məhkəmə və bütün digər xərclərinin qarşılanmasıdır.
Sığortaçı, sığorta müddəti ərzində məhsulların qüsurlu olması nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə sığortalının müqavilədə göstərilən qaydada hüquqi məsuliyyət daşıdığı zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərə görə sığorta ödənişi verməyi öhdəsinə götürür.
Diqqət! "Qala Sığorta ASC" Sığorta Şirkəti düzgün daxil edilməyən
məlumatlar üzrə məsuliyyət daşımır.
Sığorta məbləği:
Sığorta haqqı
Müraciətiniz üçün sizə təşəkkür edirik! Qısa zaman ərzində sizə geridönüş eəcəyik.