' ' Daşınmaz əmlakın icbari sığortası Daşınmaz əmlakın icbari sığortası / Korporativ sığorta məhsulları - Qala Sığorta

Daşınmaz əmlakın icbari sığortası

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Sığorta al Kalkulyator

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası.

Onların konstruktiv elementlərinə, otaqlarına,
o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

AR Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq

Özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Azadolma məbləği

Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və
hər bir sığorta hadisəsi üzrə tətbiq olunur. Məbləğin həcmi, sığorta olunana təqdim edilən sığorta blankında öz əksini tapır. Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ zərər məbləğindən çıxılır.

Sığorta təmintının əhatə ərazisi

Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.

Mübahisələrin həlli

Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Sığorta müqaviləsinin müddəti

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.