' '
Bu sığorta, hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatı vermək məqsədi ilə tətbiq edilir.
Bu sığorta növü sərnişin daşımaları xidmətini həyata keçirən bütün nəqliyyat vasitələri üçün məcburi xarakter daşıyır.
Azərbaycan Respublikasının ərazisində, eyni zamanda xarici ölkələrə və ya xarici ölkələrdən sərnişin daşıma xidmətləri həyata keçirilən zaman tətbiq olunur.
Bu sığorta növü ilə bağlı olaraq, mülkiyyətində nəqliyyat vasitəsi olan, belə vasitəyə faktiki sahibliyi həyata keçirən, onu icarəyə götürmüş və ya digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.
Diqqət! "Qala Sığorta ASC" Sığorta Şirkəti düzgün daxil edilməyən
məlumatlar üzrə məsuliyyət daşımır.
Sığorta məbləği:
Sığorta haqqı
Müraciətiniz üçün sizə təşəkkür edirik! Qısa zaman ərzində sizə geridönüş eəcəyik.