İcbari Avto Sığortasının
Yoxlanılması (A.V.S.M.M.İ.S)

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Azərbaycan Respublikasında istifadə edilən mexaniki nəqliyyat vasitələrinin fiziki şəxslərə və əmlaka vurduğu zərərləri ödəmək üçün tətbiq olunur.

Mühərrikin silindirinin həcmi 50 sm3-dən
artıq olan aşağıdakı avtonəqliyyat vasitələri

Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Motosiklеtlər və motorollerlər;

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

Trollеybuslar və tramvaylar.